Uşaqlar üçün vaksinlərin hazırlanmasına başlanıldı

  • By admin
  • 02 Aprel 2021 21:28

ABŞ-ın dərman şirkəti olan “Johnson and Johnson” 12-17 yaşlılar üçün də koronavirus vaksinləri hazırlayacaq.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, kliniki sınaqlar artıq ikinci mərhələdədir.

HTML tutorial

Vaksinlər əvvəlcə 16-17 yaşlı könüllülər üzərində sınaqdan keçiriləcək, daha sonra 12 yaşa doğru davam edəcək.

Bildirilib ki, koronavirusun yeniyetmələrdə xəstəlik fəsadları qədər təhsil, zehni sağlamlıq və sosial vəziyyətləri diqqətdə olacaq.

O da qeyd edilib ki, günlük həyata dönmək üçün hər kəsi əhatə edən vaksinlər hazırlanması həyati əhəmiyyət daşıyır.

Gununsesi.info