Uşaqlar üçün Yeni il şənliyi təşkil olunub - FOTOLAR

  • By admin
  • 26 Dekabr 2017 20:08

Binəqədi rayon ərazisində yerləşən “Atrium”əyləncə mərkəzində Binəqədi rayon İcra Hakimiyyəti, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, “FAB Boya və Kimya Sənayesi MMC” nin birgə təşkilatçılığı ilə daun, talassemiya, autizm, hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.

Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirdə çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva xəstəlikdən əziyyət çəkən uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşdırılıb. Artıq bu qayğı kütləvi xarakter daşıyır. Natiq iki əlamətdar bayramı uşaqlarla birlikdə keçirilməsinin, həmin uşaqlara bayram abu-havasını yaşatmaq, onların sevincinə səbəb olmağın önəmindən danışıb.

Tədbir müxtəlif əyləncəli şou-proqram, Nuray Rəhmanın ifaları və “Star Kids” MMC-nin moda nümayişi ilə davam etdirilib.

 

 

 

Gununsesi.info