Uşaqlara ən çox qoyulan adlar – SİYAHI

Bu ilin birinci yarımilində yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə nazirliyin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

HTML tutorial

Onun sözlərinə görə, bu il ən çox qoyulan oğlan adları Əli, Yusif, Uğur, Hüseyn, Məhəmməd, qız adları isə Zəhra, Zeynəb, Məryəm, Aylin və Mələkdir.