Uşaqlara ən çox verilən adlar - SİYAHI

  • By admin
  • 01 Mart 2022 12:16

“Azərbaycanda doğulan oğlan və qızlara ən çox Əli, Yusif və Zəhra və Zeynəb adları verilib”.

Gununsesi.info xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.

O, 2021 və 2022-ci ilin ilk iki ayı ərzində doğulan uşaqlara verilmiş adları üzrə ilk beşliyi açıqlayıb:

“2021-ci ildə doğulan oğlan uşaqlarına ən çox Əli, Yusif, Uğur, Hüseyn və Məhəmməd adları verilib. 2022-ci ilin ilk iki ayı ərzində isə oğlanlara verilən adlar üzrə ilk beşlik belədir: Yusif, Əli, Uğur, Hüseyn, Məhəmməd.
Qeyd edilən dövr ərzində doğulmuş qız uşaqlarına isə Zeynəb, Məryəm, Fatimə, Zəhra adları daha çox verilib”.

Gununsesi.info