Uşaqlara qarşı sərt münasibətlə bağlı məlumatlar rekord həddə çatıb

  • By admin
  • 10 Mart 2017 08:57

usaqlara sert munasibet

Yaponiyada 2016-cı ildə sosial müdafiə mərkəzləri tərəfindən uşaqlara qarşı sərt münasibət barədə qeydə alınan məlumatların rekord həddə çatdığı bildirilir. Belə halların sayı 54 mini keçib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Polis İdarəsinin martın 9-da yaydığı məlumata görə, ötən il uşaqlara qarşı sərt münasibətlə bağlı 54 min 227 hal qeydə alınıb. Bu, 2015-ci ildəki göstərici ilə müqayisədə 46 faiz çoxdur və həmin məlumatların qeydə alınmağa başladığı 2004-cü ildən bəri ən yüksək göstəricidir.

Məlumatda qeyd edilir ki, uşaqların 37 min 100-ü və ya 68 faizi əsasən valideynləri tərəfindən ailələrdə sərt münasibətlə qarşılaşıblar.

Təqribən onların 20 faizinə qarşı fiziki güc tətbiq olunub. Bu kateqoriyaya daxil olanların 10 faizinin aclıq çəkməyə məcbur edildiyi də bildirilir.

Gununsesi.info