
Vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) uşaqlıq zamanı ən çox korluq səbəbi olan və yarımçıq doğulan körpələrdə rast gəlinən göz xəstəliyidir.
Səhiyyə Nazirliyindən Gununsesi.info-ya verilən xəbərə görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin VitreoRetinal göz cərrahı Tural Qəlbinur bildirib ki, bu xəstəliyrast gəlinir. O, deyib ki, hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur və erkən doğuşların sayı gündən-günə artmaqdadır: “Beş mərhələdə inkişaf edən ROP son mərhələdə geridönməz korluqla nəticələnir. Valideynlər uşağın ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərlər. ROP xəstəliyin yalnız son mərhələsində, yəni körpənin 4-5 aylığında kənardan aşkarlanır. Belə ki, valideynlər uşağın ona göstərilən əşya və oyuncaqlara baxmadığını, gözlərin çəpləşdiyini görərək həkim-oftalmoloqa müraciət edirlər. Təəssüf ki, bu zaman heç bir müalicə müsbət effekt vermir və uşaqda geriyədönməz korluğun yarandığı aşkarlanır. Amma ROP müayinəsi doğulan körpənin ilk ayında həkim-oftalmoloq-retinoloq tərəfindən aparılarsa, körpənin gözləri müalicə olunub tam sağlam ola bilər”.
Gununsesi.info