Uşaqları bağçada söyən müəllim işdən qovuldu, müdir isə BŞİH-nə çağırıldı

  • By admin
  • 03 İyun 2019 16:00

Uşaqların təhqir olunması ilə əlaqədar Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 331 saylı uşaq bağçasının müdiri Bakı Şəhər İcra Hakimiyyətinə çağırılıb.

Gununsesi.org “Report”a istinadən məlumat verir ki, azyaşlıları təhqir edən müəllim Lalə Novruzova bağça rəhbərliyinin əmri ilə mayın 31-də işdən çıxarılıb.

Bununla bağlı əmr onun Əmək kitabçasına da yazılıb.

Uşaqları təhqir edən müəllim bağçada 3 ildir çalışırmış.