Uşaqların palçıqla oynamaları niyə faydalıdır?

  • By admin
  • 01 Fevral 2023 21:27

Uşaqlar çirklənməyi, bulaşıqları sevirlər. Necə ki, ayaqqabılarını geyindiklərində və paltarlarının rənginə baxmadan palçıqlı su qalıqları maqnit kimi onları çəkirsə, bu çirklənmənin onların sağlamlığı üzərində böyük təsiri var.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ana ə atalar ən gözəl paltarları çirklənməsin deyə, bir zamanlar “Üstünü bulama”, – deyə davamlı qışqırıqlar, tapşırıqlar eşidərdik.

Tarlalarda oraya-buraya qaçsalar da, ağaclara dırmaşsalar da, palçıqlı su qalıntılarının içində yaxalanmağa çalışsalar da, uşaqların ağ geyimlərinin gün sonlanmadan qəhvəyi rəngə dönməsi qaçınılmaz idi.

Bu gün isə bir çox ana-ata içdən-içə uşaqlarının bulaşıq içində olmasını istəyir. Şəhərləşmənin artması və kompüter oyunları ilə sosial medianın cazibəsi səbəbi ilə təbiətlə təmasları keçmişlə müqayisədə çox azdır. Hətta bir çoxunun üzlərinin palçığa bulaşması fürsəti belə, yoxdur.

Son vaxtlarda edilən araşdırmalara görı, çöldəki palçıq və torpaq həzm sistemini “tədris” edən dost mikro orqanizmlərdən biridir.

Bu durum aralarında allergiyalar, astma, hətta depressiya və qayğı pozuntusu kimi bir çox xəstəliklərə qarşı dirəniş təmin edir.

Eləcə də, uşaqların çöldü oynamasının psixoloji faydaları da var. Beyinlərimiz təbiətlə təkamülləşdi, qavrayış sistemlərimiz, özəlliklə çöl məkanlara daha uyğundur.

Bu da beyin daha yorğun və asan tapıla biləcək durumdaykən təbii mühitlərin, zehnimizi yenidən enerjiləndirməsini təmin edəcək tam da doğru səviyyədə xəbərdarlıq təminatçısı olması anlama gəlir.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info