Uşaqlarının gözü qarşısında zorla həbs edilən dindar azadlıqda

  • By admin
  • 11 Aprel 2023 16:53

“Fəryad edən azyaşlı uşaqlarının gözləri önündə saxlanılan dindar Tərlan Seyidov barəsində “İran casusuna belə amansız olmaq lazımdır!” yazanlar, məlumatçün yazım ki, o, “casus” deyilmiş, artıq azadlığa buraxılıb”.

Gununsesi.info-nun xəbərinə görə, bunu hüquq müdafiəçisi Rüfət Səfərov sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, dünən mülki geyimli şəxslər Tərlan Seyidovu ailəsinin gözü qarşısında küçədə saxlayaraq, aparıb.

Onun aparılması zamanı azyaşlı övladlarının ağlaşmasını ifadə edən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Tərlan Seyidov Müsəlman Birliyi Hərəkatının fəalıdır.

 

Şəbnəm

Gununsesi.info