Uşaqlarınızı bu qidalardan uzaq tutun - XƏBƏRDARLIQ

  • Müəllif: admin
  • 30 İyul 2017 16:40

567197

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış həkim, daxili xəstəliklər və kardiologiya üzrə mütəxəssis Canan Karatay valideynlərə xəbərdar edib. O bildirib ki, valideynlərin uşaqlara qızarmış qidalar yedirməsi düzgün deyil.

Karatay xüsusilə kartof qızartmasının zərərlərindən bəhs edib.

O, asılılıq yaradanın kartof deyil, ketçup olduğunu vurğulayıb. Kartof qızardıldıqda onun tərkibindəki trans yağlar üzə çıxır, bu da uşaqların sağlam qidalanmasına mane olur.

Gununsesi.info