Uşaqlarla bağlı qanuna dəyişiklik

  • By admin
  • 30 Sentyabr 2019 15:02

Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar müəyyənləşib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.

Belə ki, Məcəlləyə yeni 388 – 2 (Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə edilir.  Qanunvericiliyin pozulmasına görə, fiziki şəxslərin 500 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslərin  1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslərin 3000 manatdan 4000 manatədək cərimə edilməsi nəzərdə tutulur.

 Qanun layihəsinə dəyişiklik plenar iclasda səsə qoyularaq qəbul edilib.
Gununsesi.org