38 yaşlı Rozario Douson son günlər Hollivudun ən aktual mövzusu olan təcavüzə qarşı keçirilən sosial layihənin ən aktiv iştirakçılarındandır.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa uşaqlıqda təcavüzə məruz qaldığını etiraf edib:
“Uşaqlıqda məni zorlayıblar. Ona görə də bu hadisəni eşidəndə kənarda qala bilmədim. Bu mənim üçün yeni xəbər deyil”.
“İndi elə bir duruma gəldik ki, istədiyimizə “yox” demək haqqımız var. Bunun üçün birlik olmalıyıq” deyə, Douson sözlərinə əlavə edib.
Gununsesi.info