Useyn Boltdan maraqlı açıqlama - “FUTBOLÇU OLACAM”

  • By admin
  • 08 Yanvar 2018 09:30

Yamaykalı sabiq yüngül atlet, səkkizqat Olimpiya çempionu Useyn Bolt futbolçu olacağını bildirib.

Gununsesi.info xəbər verir ki, Useyn Bolt bildirib : “Mart ayında “Borussia Dortmund” ilə məşqlərə başlayacam. Əgər yaxşı olduğumu desələr, davam edəcəm”.

U.Bolt qeyd edib ki, oyunu artıq daha yaxşı anlıyıram: “Çox sayda oyunlar izləyirəm. Oyunu artıq daha yaxşı anlayıram. Oynayacağım mövqeni hələ seçməmişəm, hər kəsin fikirinə qulaq asacağam”.

Gununsesi.info