Rusiyanın ən böyük dövlət şirkətləri bazar kapitallaşmasının 70-90%-ni itirib - PENTAQON

  • By admin
  • 30 İyul 2022 14:23

ABŞ və müttəfiqlərinin Moskvaya qarşı ixrac sanksiyaları təsirini göstərməyə başlayır.

Gununsesi.info xəbər verir ki,  bu barədə  ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Rusiyanın ən böyük dövlət şirkətləri bazar kapitallaşmasının 70-90%-ni itirib. 1000-ə yaxın transmilli şirkət Rusiyada fəaliyyətini dayandırı:

Rusiyada inflyasiya 20%-ə qədər artır. Rusiyanın fond bazarı dəyərinin üçdə birini itirib. Bu, yalnız sanksiyaların təsirinin başlanğıcıdır”.

Pentaqonun qiymətləndirmələrinə görə, Rusiya döyüş meydanında “uğursuzluğa düçar olur” və öz ölkəsində daxili uğursuzluqlar yaşayır: “Ukraynanın şərqində və cənubunda döyüş əməliyyatları davam etdirilir, burada ruslar yavaş-yavaş irəliləyir, bəzi yerlərdə, məsələn, Hersonda tamamilə dayanıblar. Eyni zamanda, ukraynalılar Rusiyanın idarəetmə və nəzarət qovşaqlarını daha effektiv şəkildə aşkar və məhv edir, deyə məmur bildirib. Rusiya Ukrayna əhalisini təhdid etsə də, ukraynalılar cəsarətlə irəliləyirlər. Onlar bizim təqdim etdiyimiz 8,2 milyard dollarlıq avadanlıqdan çox səmərəli istifadə edirlər”.

Kiyevə hərbi dəstəyə gəlincə, Pentaqondan bildirilib ki,  zəruri maddi ehtiyatların, o cümlədən döyüş sursatlarının tədarükünü təmin etmək üçün Ukraynanın Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparır və təhlükəsizlik sahəsində bu tələbatı qarşılayacaq daha bir yardım paketi hazırlayır