
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halının qeydə alındığını təsdiq edir.
Gununsesiaz.info xəbər verir ki, bu barədə ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda deyilir:
“ÜST yeni koronavirus epidemiyasına qarşı cavab tədbirləri ilə bağlı yerli səhiyyə qurumları ilə sıx əməkdaşlıq edir.
Yeni koronavirus epidemiyasına dair məlumatları ÜST-nin rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, o cümlədən Azərbaycandakı rəsmi qurumlardan əldə etməyinizi və təşvişə qapılmamağınızı tövsiyə edirik”.
Qeyd edək ki, Nazirlər Kabinetinin yanında operativ qərargah bu gün Azərbaycanda ilk koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktını təsdiq edib.
Gununsesiaz.info