ÜST bu peyvəndin istifadəsini tövsiyyə etdi

Avropa ölkələri Avropa Dərman Agentliyinin (EMA) “AstraZeneca“ şirkətinin koronavirus əleyhinə peyvəndi barədə qərarını gözlədiyi vaxtda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu peyvəndin istifadəsini aydın şəkildə tövsiyə edib.

Gununsesi.info xəbər verir ki, Beynəlxalq təşkilat peyvəndin üstün tərəflərinin risklərdən daha çox olduğunu bəyan edib.

HTML tutorial

Qeyd edilib ki, ÜST-ün peyvəndlərlə bağlı məsləhətçi qremiyası “AstraZeneca“ peyvəndinə dair ən yeni təhlükəsizlik məlumatlarını araşdırır və araşdırma başa çatan kimi nəticələr ictimaiyyətə elan ediləcək.

Həmçinin bildirilib ki, COVID-19-a qarşı aparılan vaksinasiya digər səbəblərdən yaranmış xəstəlik və ölüm hallarının reduksiyasına xidmət etmir.

“Venalarda tromb emboliyası dünyada ən çox yayılmış qan-damar xəstəlikləri arasında yer alır”, – ÜST-ün açıqlamasında deyilir. Lakin peyvəndlə zaman etibarilə eyni vaxta düşən hallar heç də peyvəndin birbaşa təsiri kimi dəyərləndirməməlidir.

Xatırladaq ki, martın 18-də Avropa Dərman Agentliyi “AstraZeneca“ peyvəndinin təhlükəsizliyinə dair öz araşdırma nəticələrini açıqlamalıdır. Agentliyin rəhbəri Emer Kuk bu peyvəndin faydalı olduğuna dərindən əmin olduğunu bildirib və qanda laxtalanmaya məhz peyvəndin səbəb olduğuna dair heç bir göstəricinin olmadığını söyləyib.

Gununsesi.info