ÜST: Covid-19dan ölənlərin sayı sürətlə artır

  • By admin
  • 13 Aprel 2021 14:14

Gununsesi.info Ümumdünya Səhiyyə Təşkilatının Sədrinə istinadən xəbər verir ki, dünyada 6 həftəlik azalmalardan sonra COVID-19-a yoluxmalarda yeddi həftəlik artım müşahidə olunur. Ölüm halları da son dörd həftə ərzində artıb.

Aprelin 12-də agentliyin Cenevrədəki qərargahında keçirilən brifinqində Baş Direktor Tedros Adhanom pandemiya başlayan gündən dördüncü dəftədir ki, bir həftə ərzində yüksək yoluxmaların qeydə alındığını xəbər verib. Bu isə dünyada 780 milyon doza vaksinin paylanması fonunda baş verir.

ÜST rəhbəri yoluxmaların artmasına görə “İctimai səhiyyə tədbirləri və tətbiqində qarışıqlıq, özündənrazılıq və uyğunsuzluq”-u günahlandırıb. Bunlar həm də insan həyatılarının itirilməsinin səbəbidir. O, pandemiya ilə mübarizədə vaksinlərin həyati əhəmiyyət kəsb etdiyini, lakin bunun mübarizə üçün tək vasitə olmadığını bildirib.

Tedros standart tədbirlərin – sosial məsafə saxlama, gigiyena, maskalar, davamlı test və izləmələrin hələ də həyatları qurtardığını deyib. Bir çox ölkənin bu sübut edilmiş ictimai sağlamlıq tədbirlərindən istifadəsi və davamlı şəkildə tətbiqi ilə virusu nəzarətə götürməyin mümkün olduğunu göstərdiyini qeyd edib.

O, virusun yayılmasının davam etdiyi ölkələrdə restoranlar, gecə klubları və bazarların yenidən açıldığını, insanların çox az hissəinin ehtiyyatlı davrandığını bildirib.

Direktor ÜST-nin sonsuz qapanmalar görmək istəmədiyini və cəmiyyət, iqtisadiyyatın yenidən açılmasını, səyahətlərin bərpsını istədiyini bildirsə də, “lakin hazırda reanimasiya şöbələri dolur və insanlar ölür – bunun tamamilə qarşısını almaq olar” deyib.

Tedros ilin əvvəlində yoluxmalar və xəstəxanalara düşmə saylarının azalamasının virusun qarşısının alına biləcəyini göstərdiyini bildirir.

Bərabər paylanan peyvəndlər və ardıcıl ictimai sağlamlıq tədbirləri ilə “pandemiyanı bir neçə ay ərzində nəzarət altına ala bilərik” – deyə, o əlavə edib.

Gununsesi.info