ÜST-dən Avropaya peyvənd xəbərdarlığı

Peyvəndlər bizə pandemiyadan qurtulmağın ən yaxşı yolunu təklif edir.

Gununsesi.info verir ki, bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge bildirib.

HTML tutorial

O, vəziyyətin pandemiya müddətini daha da uzatdığını vurğulayıb:

“Peyvəndlərdin ictimaiyyətə təqdim edilməsi qəbuledilməz səviyyədə ləngdir. İstehsalı artıraraq peyvəndlərin sınaq mərhələsinin qarşısında duran maneələri aradan qaldırıb, prosesi sürətləndirməliyik”, – deyə Kluge qeyd edib.

ÜST nümayəndəsi Avropanın pandemiya vəziyyətinin narahatlıq doğurduğunu bildirib.

Gununsesi.info