Koronavirusun pandemiyaya çevrilmək potensialı var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyan edib ki, pandemiya təhlükəsi yaranarsa, ona qarşı mübarizə aparmaqda kömək etməyə hazırdır.
Gununsesi.org bildirir ki, “Ria Novosti” agentliyi xəbər verir ki, bu sözləri ÜST-ün rəhbəri Tedros Adanom Qebreyesus deyib.
Təşkilat rəhbəri əlavə edib ki, ÜST bütün ölkələrin milli səhiyyə sistemlərini gücləndirmək üçün yardımını əsirgəməyəcək.