ÜST-dən koronavirusun laboratoriyada yaranması iddiası ilə bağlı – AÇIQLAMA

  • By admin
  • 30 Mart 2021 21:12

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Uhan şəhərində koronavirusun mənbəyini araşdıran mütəxəssislərin fəaliyyətləri ilə bağlı məlumat yayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Qebreyesus dünən mətbuata sızan araşdırma nəticələri ilə bağlı açıqlama verib.

HTML tutorial

“Çinə gedən mütəxəssislərimiz koronavirusun mənbəyi haqqında apardıqları araşdırmalarda bir laboratoriya sızmasının aşağı ehtimal olduğu nəticəsinə gəlsələr də, onlar məsələnin daha dərininə enərək, daha çox araşdırma aparmalıdırlar”, – baş direktor deyib.

Onun sözlərinə görə, ÜST nümyəndələri məlumatlara əlçatanlıqda çətinliklə üzləşiblər:

“Gələcəkdə birgə aparacağımız araşdırmaların daha geniş məlumatları ehtiva etməsini gözləyirəm”.

Qeyd edək ki, dünən Çinə gedən və virusologiya laboratoriyalarında araşdırma aparan komandanın qaralamaları mediaya sızıb. Buradan məlum olub ki, koronaviruslu yarasalardan yoluxan heyvanlar virusu insanlara yoluxdurmuş ola bilər, virusun laboratoriyadan sızma ehtimalı isə çox azdır.

Xatırladaq ki, martın ilk günlərində Çinə gedən komandadakı bəzi mütəxəssislər koronavirusun mənbəyini  araşdırmaq üçün icazə məsələlərində problem yaşadıqlarını və araşdırma müddətində sərbəst olmadıqlarını ifadə edən açıq məktub yayımlamışdılar.

Gununsesi.info