Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kritik ləvazimatlar üçün Qəzzaya humanitar dəhliz açmağa çağırıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Qəzza zolağındakı yeddi ən böyük xəstəxanada mövcud olan zəruri ləvazimat ehtiyatları hazırda tükənib.
Qeyd olunub ki, ÜST tibbi ləvazimatların alınması üçün 1 milyon dollardan istifadə edəcək ki, bu da 500-ə qədər xəstənin müalicəsi üçün kifayət edəcək.
Təşkilatın rəsmi nümayəndəsi Tarik Yaşareviç Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Qəzza zolağındakı xəstəxanalarda mövcud olan lazımi ehtiyatlar tükənib:
“ÜST zorakılığa son qoymağa çağırır. İnsanları kritik ləvazimatlarla təmin etmək üçün humanitar dəhliz lazımdır. ÜST bu məsələ üzərində tərəfdaş qurumlarla işləyir”.
Şəbnəm
Gununsesi.info