Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri daha ölümcül variantlar ortaya çıxmadan COVID-19 üzərində nəzarəti ələ almağa çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan xəbərdarlıq edib.
“Bu, virusun inkişaf etdiyinə dair bir xəbərdarlıqdır. Eyni zamanda daha təhlükəli variantlardan əvvəl hərəkətə çağırışdır”, – ÜST nümayəndəsi qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib ki, indiyə qədər 4 variant ortaya çıxıb və virus yayılmağa davam etdikcə daha da çoxalacaq.
Gununsesi.info