ÜST Qəzzada Hepatit A hallarını təsdiqləyib və minlərlə insan üçün sarılıq xəbərdarlığı edib.
Gununsesi.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzzada 24 Hepatit A hadisəsini təsdiqlədiklərini, ölüm hadisəsinin qeydə alınmadığını və buna görə minlərlə insanın sarılıqdan əziyyət çəkə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qebreyesus X sosial media platformasındakı paylaşımında Qəzzada qaraciyərin iltihabı olan Hepatit A hallarının ÜST-nin təqdim etdiyi test dəstləri vasitəsilə aşkarlandığını bildirib. O, hepatit A-nın adətən yüngül keçdiyini, lakin bəzən ciddi xəstəliklərə səbəb ola biləcəyini ifadə edib. “İndiyə qədər 24 hadisə təsdiqləndi və heç bir ölüm hadisəsi qeydə alınmadı. Yəqin ki, Hepatit A səbəbiylə sarılıq olan minlərlə insan var”, – deyə o əlavə edib.
Demək olar ki, təmiz su, tualet və ətraf mühitin olmadığı “qeyri-insani” yaşayış şəraitinin Hepatit A-nın daha da yayılmasına səbəb olacağını qeyd edən Qebreyesus Qəzzada xəstəliklərə diaqnoz qoymaq və onlara cavab vermək imkanlarının son dərəcə məhdud olduğuna diqqət çəkib.
Gununsesi.info