ÜST-dən vaksin olunmayanlarla bağlı ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusu ilə bağlı yeni açıqlama verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ÜST-ün nümayəndəsi Marqaret Harris ölüm hallarının əksəriyyətinin vaksin olunmayan şəxslərin payına düşdüyünü açıqlayıb.

“COVID-19-dan ölən və ağır keçirənlərin mütləq əksəriyyəti vaksin olunmayan vətəndaşlardır”.

ÜST rəsmisi insanları vaksin olunmağa səsləyib.

Gununsesi.info