Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Ümumdünya Səhiyyə Təşkilatından fərqli bir virusla bağlı xəbərdarlıq gəlib.
Gununsesi.info xəbər verir ki, ölümcül yarasa virusu kimi tanınan Nipah (NiV) infeksiyasından Banqladeşdə 38 yaşlı kişi və 3 yaşlı qızın öldüyü bildirilib. Simptomları bilinməyən virusun indiyədək müalicəsi və peyvəndi tapılmayıb.
Bu il Banqladeşdə iki nəfərin virusa tutulduğunu bildirən ÜST hər iki yoluxmanın ölümlə nəticələndiyini açıqlayıb. 38 yaşlı kişi və üç yaşlı qız uşağının ölümündən sonra Nipah virusuna (NiV) yoluxma hallarının artdığı vurğulanıb.
Nipah virusu infeksiyasının ilkin əlamət və simptomlarının qeyri-spesifik olduğuna və adətən müraciət zamanı diaqnozdan şübhələnmədiyinə diqqət çəkən ÜST infeksiyaya daha az rast gəlinsə də, xəstəliyin yoluxmuş şəxslə yaxın təmasda olması ilə birbaşa ötürülə biləcəyini bildirib.
Ölümcül infeksiya, insanlara yoluxmuş heyvanlar (məsələn, yarasalar və ya donuzlar) və ya yoluxmuş heyvanların tüpürcəyi, sidiyi və nəcisi ilə çirklənmiş qida vasitəsilə ötürülən xəstəlikdir. Meyvə yarasaları və ya uçan tülkülər Nipah virusunun təbii sahibləridir. İnsanlar və heyvanlar üçün heç bir müalicə və ya peyvənd olmadığı üçün virus son dərəcə narahatlıq doğurur.
Böyük Britaniyada NiV yüksək nəticələrə malik yoluxucu xəstəlik kimi təsnif edilir.
Gununsesi.info