ÜST-dən açıqlama – Dünyada son sutkada 655 min nəfər…

  • By admin
  • 26 Dekabr 2020 09:15

Dünyada son sutkada 655041 nəfər koronavirusa yoluxub, 11 564 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasında qeyd edilib.

Bildirilib ki, dünya üzrə ümumilikdə rəsmi olaraq 78 194 947 yoluxma, 1 736 752 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 49 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 507) payına düşür. Digər yerləri isə Avropa (245 610), Cənub-Şərqi Asiya (33 084) bölüşür.

Gununsesi.info