ÜST-dən COVID XƏBƏRDARLIQ

  • By admin
  • 07 Noyabr 2022 13:20

“Koronavirus hələ pandemiya mərhələsindədir, mövsümi xəstəlik sayıla bilməz. Pandemiyanın sonu haqqında danışmaq hələ tezdir”.

Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.

Onun sözlərinə görə, COVID-19-un yüngül xəstəliyə çevrilməsi barədə fikirlər yanlışdır: “Bəli, biz pandemiyanın kəskin yüksəliş mərhələsində deyilik, lakin virus hələ də xəstəliyə səbəb olur, dünyada çoxlu insanlar xəstələnir”.

ÜST nümayəndəsi əlavə edib ki, virusun təhlükəsini unutmaq olmaz və ehtiyatlı olmaq lazımdır: “Əks halda xəstələrin və ola bilsin ki, ölümlərin sayı artacaq”.

Gununsesi.info