ÜST-dən Fransada tapılan ştam barədə açıqlama

  • By admin
  • 05 Yanvar 2022 15:22

Ümumdünya Səhiyyə Təşkilatı Fransada aşkarlanan və dünyada narahatlığa səbəb olan yeni ştamın böyük təhlükə yaratmadığını bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ÜST rəsmisi Abdi Mahmud sözügedən variantın ilk dəfə noyabr ayında aşkar edildiyini və o vaxtdan bəri böyük təhlükə yaratmadığını söyləyib: “Variant bizim nəzarətimizdədir. Onun irəliləmək üçün çoxlu şansları var idi”.

Qeyd edək ki, ilk dəfə Fransada qeydə alınan və 46 mutasiyaya malik yeni COVID-19 variantı Cənubi Afrikada ortaya çıxan və bir çox ölkədə yoluxma sayında rekordlar qıran “omikron” versiyası ilə eyni dövrdə müəyyən edilib.

Gununsesi.info