ÜST-dən HƏYƏCAN TƏBİLİ: Koronavirus mutasiyaya uğradı

  • By admin
  • 20 Dekabr 2020 19:47

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sentyabrda İngiltərədə koronavirusun mutasiyaya uğramış yeni formasının aşkarlandığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, koronavirusun mutasiyaya uğramış halı daha sonra Danimarka, Niderland və Avstraliyada da qeydə alınıb. Həmçinin Cənubi Afrika Respublikası virusun yeni forması ilə bağlı narahatlığını bildirib.

 

Mutasiyaya uğramış yeni növün İngiltərədə əvvəlcədən olduğu və ya ölkəyə sonradan daxil olması barədə heç bir məlumat yoxdur. Yeni virusa qarşı peyvəndlərin təsirli olub-olmayacağı da açıqlanmır.

Artıq Londonda infeksiyanın yayılması təhlükəsinin dördüncü (maksimal) səviyyəsi elan edilib. Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb.

Gununsesi.info