ÜST-dən koronavirusun dördüncü dalğası barədə AÇIQLAMA

  • By admin
  • 30 İyul 2021 15:41

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə və Şimali Afrikada koronavirusun dördüncü dalğasını qeydə alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfax” xəbər yayıb.

“Yeni yoluxma hallarının və xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti peyvənd olunmamış insanlardandır. İndi bölgədə COVID-19-un dördüncü dalğası qeydə alınır”, – deyə ÜST-nin Şərqi Aralıq dənizi Ofisinin rəhbəri Əhməd əl-Mandhari bildirib.

Onun sözlərinə görə, bu bölgədə koronavirusun “Delta” ştammına daha çox yoluxma qeydə alınıb. Bu ştammla yoluxma halı Mərakeşdən Pakistana qədər Yaxın Şərq və Şimali Afrika bölgəsindəki 15 ölkədə müəyyən edilib.