ÜST-dən ölkələrə ÇAĞIRIŞ

  • By admin
  • 22 Oktyabr 2021 15:07

Ümumdünya Səhiyyə Təşkilatı səhiyyə işçilərinin koronavirusdan qorunması üçün daha çox səy göstərməyin lazım olduğunu bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ÜST pandemiyanın əvvəlindən bu günə qədər tibb işçilərinin qarşılaşdığı riskin ölçüsünü qiymətləndirib.

Açıqlamada bildirilib ki, keçən ildən bəri tibb işçiləri yalnız COVID-19 səbəbilə deyil, həm də iş yüklərinin artması nəticəsində həddən artıq psixoloji gərginlik, stress səbəbindən xroniki yorğunluqdan əziyyət çəkir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2020-ci ilin yanvarından 2021-ci ilin may ayına qədər dünyada 80-180 min tibb işçisi COVID-19 səbəbilə həyatını itirib.

ÜST üzv ölkələri bu müddət ərzində koronavirusa yoluxmuş xəstələrlə işləyən həkimlərin sağlamlıq vəziyyətini daim nəzarətdə saxlamağa çağırıb.

Gununsesi.info