ÜST-dən QORXUNC PROQNOZ: artacaq

  • By admin
  • 01 Avqust 2021 17:20

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələri daha ölümcül variantlar ortaya çıxmadan COVID-19 üzərində nəzarəti ələ almağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ÜST-nin Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan xəbərdarlıq edib.

“Bu, virusun inkişaf etdiyinə dair bir xəbərdarlıqdır. Eyni zamanda daha təhlükəli variantlardan əvvəl hərəkətə çağırışdır”, – ÜST nümayəndəsi qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib ki, indiyə qədər 4 variant ortaya çıxıb və virus yayılmağa davam etdikcə daha da çoxalacaq.

Gununsesi.info