ÜST-dən ÜZÜCÜ AÇIQLAMA: Reanimasiyalar doludur, insanlar ölür

  • By admin
  • 13 Aprel 2021 09:22

Pandemiya bitməkdən çox uzaqdır, ancaq aylar ərzində görülən tədbirlərlə vəziyyəti nəzarət altına almaq olar.

Gununsesi.info xəbər verir ki, bu sözləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, toplumların və iqtisadiyyatların açıldığını, səyahət və ticarətin davam etdiyini görmək istəyirik: “Ancaq hazırda bir çox ölkədə reanimasiya şöbələrində yer yoxdur, insanlar ölür. Nikbin olmağımız üçün bir çox səbəbimiz var. İlin ilk 2 ayında yoluxma və ölüm hallarında azalma bu virusun və onun növlərinin dayandırıla biləcəyini göstərir”, – Qebreyesus bildirib.

O qeyd edib ki, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı ardıcıl yeddi həftədir artmaqdadır, virusdan ölüm halları bir aydır artır.

“Yanvar və fevral aylarında dünyada koronavirusa yoluxma hallarında altı həftə dalbadal azalma müşahidə edilmişdi. Artıq indi ardıcıl yeddinci həftədir yoluxma saylarında artım qeydə alınır və dörd həftədir ölüm faktları da artmaqdadır”, – o deyib.

ÜST baş direktoru COVID-19-un adi qrip olmadığını və ekspertlərin virusun insan orqanizminə uzunmüddətli təsirlərini hələ bilmədiklərini, bu səbəbdən də ehtiyat tədbirlərinə riayət etməyə davam etməyin zəruri olduğunu vurğulayıb.

Gununsesi.info