ÜST-dən vəba XƏBƏRDARLIĞI

  • By admin
  • 12 Fevral 2023 09:08

Vəbanın bütün dünyada sürətlə yayılma riski çox yüksəkdir.

Gununsesi.info xəbər verir ki, bu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir.

Bildirilir ki, dünyanın 18 ölkəsindən yeni infeksiyalar barədə məlumatlar daxil olmaqda davam edir. ÜST vəba xəstəliyinə yoluxan ölkələrin sayının artacağını proqnozlaşdırır.

Təşkilat qeyd edib ki, dekabrın ortalarından etibarən vəziyyət xeyli pisləşib, epidemiyalar artıb, onların coğrafiyası daha genişdir, peyvəndlər və digər resurslar kifayət qədər deyil.

Təşkilat xüsusilə vəba ilə bağlı yüksək ölüm halından narahatdır. 2021-ci ildə orta ölüm halı qlobal miqyasda orta hesabla 1,9%, Afrikada isə 2,9% təşkil edib ki, bu da son on ildən çox müddətdə qeydə alınan ən yüksək göstəricidir.

ÜST son 200 il ərzində dünyada yeddi vəba pandemiyası olduğunu, sonuncunun 1961-ci ildə başladığını bildirib.

Hesabatda deyilir ki, dünyada hər il təxminən 2,9 milyon insan vəba xəstəliyinə yoluxur, onlardan 95 mini ölür.

Gununsesi.info