ÜST: Dünyada koronavirusa qarşı təxminən 180 peyvənd hazırlanır

  • By admin
  • 10 Sentyabr 2020 19:46

Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır ki, bunlardan 35-i insanların üzərində sınaqdan keçirilir.

Gununsesi.info-nun məlumatına görə, bunu Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri baş direktoru Tedros Adanom Gebreyesus deyib.

“Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan 35-i insanlarda sınaqdan keçirilir. Dünya tarixində heç bir xəstəliklə əlaqədar bu qədər sürətli araşdırma olmamışdı”, – deyə ÜST-ün rəhbəri qeyd edib.

 

 

Gununsesi.info