ÜST: Dünyada koronavirusa yeni 152 mindən çox yoluxma qeydə alınıb

  • By admin
  • 22 İyun 2020 22:26

Dünyada koronavirusa yoluxanların sayı 8,86 milyonu ötüb.

Gununsesi.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 152 mindən çox yoluxma qeydə alınıb.

Qeyd edilir ki, hazırda dünyada koronavirusa 8 860 331 yoluxma və 465 740 ölüm aşkarlanıb. Son sutkada aşkarlanan yeni yoluxma hallarının sayı 152 323-dür, COVID-19-dan ölənlərin sayı isə 4 025 nəfər artıb.

 

 

Gununsesi.org