ÜST dünyada koronavirusla bağlı son vəziyyəti açıqladı

  • By admin
  • 15 İyun 2020 09:38

Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 137 526 nəfər artaraq 7 690 708-ə yüksəlib.

Gununsesi.org bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 4 281 pasiyent koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 427 630-a çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org