
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) oktyabrın 7-dən oktyabrın 24-dək İsrailin işğal etdiyi Fələstin ərazilərində səhiyyə xidmətlərinə 171 hücumun edildiyini bildirir.
Gununsesi.info xəbər verir ki, ÜST oktyabrın 7-dən 24-dək İsrailin tibbi xidmətlərə hücumları ilə bağlı yeni məlumat dərc edib.
Məlumata görə, işğal olunmuş Fələstin ərazilərində tibbi xidmətlərə cəmi 171 hücum olub.
Bu hücumlar nəticəsində 493 nəfər, o cümlədən 16 tibb işçisi həlak olub, 387 nəfər yaralanıb.
İsrail qüvvələri işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində 96 dəfə, blokadada olan Qəzza zolağında isə 75 dəfə tibb müəssisələrinə hücum edib.
Bu hücumlar nəticəsində 34 tibb məntəqəsi və 24 təcili yardım maşını zədələnib.
Hesabatda həmçinin səhiyyə xidmətlərinin və mülki şəxslərin müdafiəsi tələb olunur.
Gununsesi.info