Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarına dair fevralın 28-nə olan məlumatı açıqlayıb.
Gununsesiaz.info-nun xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Belarus, Litva, Niderland, Yeni Zelandiya və Nigeriyada koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 83 652 (1 358 yeni);
Çində: 78 961 (331 yeni);
2 791 ölüm halı (44 yeni).
Çinin xaricində:
4 691 yoluxma halı (1027 yeni);
51 ölkə (5 yeni);
67 ölüm halı (10 yeni).
ÜST koronavirusla bağlı risk qiymətləndirilməsinin Çində çox yüksək, regional səviyyədə çox yüksək, qlobal səviyyədə çox yüksək hesab edir.
Gununsesiaz.info