Ümumdünya Səhiyyə Təşkilatı dünyanı cənginə alan koronavirus infeksiyasının mənşəyinin ən çox ehtimal olunan versiyasını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, virusun Cənubi Çin və Cənub-Şərqi Asiyada yarasalar tərəfindən yayıla biləcəyi bildirilib.
ÜST-nin rəhbərlik etdiyi beynəlxalq komandanın üzvü doktor Peter Dasszak “The New York Times”a açıqlamasında bildirib ki, yarasaların ya fermalardan birinin işçilərinə, ya da fermada yaşayan heyvanlardan birinə yoluxdurmasından şübhələnirlər.
Dasszak,əksər çinli alimlərin və ÜST missiyasında iştirak edənlərin bu fərziyyə ilə razılaşdıqlarını qeyd edib.
ÜST mütəxəssisləri laboratoriyadan sızma səbəbilə virusun geniş şəkildə yayıldığını ifadə edir.
Koronavirusun mənşəyinin şərtlərini öyrənmək üçün Çinə gələnlər xəstələrin şəxsi məlumatlarını öyrənə bilmir. Çünki bu məxfi məlumatdır və Çin qanunlarına görə, onlardan istifadə edilməsi qadağandır. Bundan əlavə, COVID-19-dan sağalanların çoxu təşkilatın nümayəndələri ilə görüşməkdən imtina edib.
Xatırladaq ki, koronavirusun ortaya çıxma səbəbi ilə bağlı istintaq 14 yanvarda Uhanda başlayıb. ÜST heyəti xəstəxanalar, bazarlar və bir çox digər yerlər daxil olmaqla, bir sıra nöqtələri ziyarət edib. Bundan sonra mütəxəssislər virusun ara daşıyıcısı olduğu qənaətinə gəlib.
Tədqiqat davam edəcək.
Gununsesi.info