
“Rayonlara gedib-getməmək Operativ Qərargahın səlahiyyətində olan məsələdir”.
Gununsesi.org-un verdiyi xəbərə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O qalmaqallı səfəri haqda da danışıb: “Quba səfərimlə bağlı onu deyə bilərəm ki, həmin gün küçəyə çıxma qadağası yox idi və mən insanların arasında deyildim”.
Xatırladaq ki, H. Harmancı iyunun 13-də Quba və Qusar rayonlarına səfərə getmişdi, bu da vətəndaşların müzakirəsinə səbəb olmuşdu. O, bununla bağlı üzr istəmişdi: “Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.
Gununsesi.org