ÜST: Pandemiya tezliklə bitməyəcək

  • By admin
  • 15 Fevral 2022 17:04

Bəzi ölkələrdə yüksək peyvənd nisbəti və “omikron” variantının yüngül keçməsi COVID-19 pandemiyasının bitdiyi barədə yanlış təsəvvür yaradır. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus danışıb.

O bildirib ki, bu ilin ortasına qədər hər ölkə əhalisinin 70 faizi penvəndlənməlidir:

“Bu il epidemiyaya nəzarət edə bilərik, lakin bu fürsəti əldən vermək riski artıb. 116 ölkədə əhalinin 70 faizinin peyvəndlənmə prosesi gecikir. Odur ki, siyasi liderlər peyvənd prosesini sürətləndirməlidir. Peyvənd edilmədən pandemiyanı nəzarət altına ala bilməyəcəyik”.

Qebreyesus bütün ölkələri ÜST-nin vaksinlə bağlı qlobal hədəfini dəstəkləməyə çağırıb.

 

Gununsesi.info