ÜST “peyvənd pasportu”nu dəstəkləmədi

  • By admin
  • 06 Aprel 2021 20:40

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səyahət üçün “peyvənd pasportu”nun tələb olunmasını dəstəkləmir.

Gununsesi.info  “Reuters”ə istinadla xəbər verir ki, bu barədə ÜST-ün sözçüsü Marqaret Harris mətbuat brifinqində deyib.

“ÜST olaraq bu mərhələdə peyvənd pasportunun giriş və ya çıxış tələbi olaraq görmək istəmədiyimizi bəyan edirik, çünki bu mərhələdə peyvəndin virusun ötürülməsinin qarşısını alıb-almadığına əmin deyilik”, -deyə Harris bildirib.

ÜST sözçüsü həmçinin əlavə edib ki, bu, müxtəlif səbəblərdən peyvənd oluna bilməyən insanlara qarşı ayrı-seçkilik məsələsini ortaya çıxaracaq.

Gununsesi.info