ÜST peyvəndin 3-cü dozasına ehtiyacı olan qrupları açıqladı

  • By admin
  • 12 Oktyabr 2021 09:24

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndinin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb.

Bu barədə “The New York Times” qəzeti xəbər verib.

Xüsusilə, immuniteti zəif olan insanlar üçün COVID-19- qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə “Pfizer-BioNTech”, “Moderna”, “AstraZeneca”, “Covishield”, “Johnson & Johnson”, “Sinopharm” və “Sinovac” vaksinləri vurduran hər kəsə aiddir.

Bundan əlavə, Çin vaksinləri olan “Sinovac” və ya “Sinopharm” ilə peyvənd olunan 60 yaşdan yuxarı insanların üçüncü dozası ilə peyvənd olunması məsləhət görülüb.

Gununsesi.info