ÜST: Qəzza zolağında xəstəxanaların yarıdan çoxu sıradan çıxıb

  • By admin
  • 14 Noyabr 2023 16:59

Qəzza zolağındakı 36 xəstəxanadan 22-si yanacaq çatışmazlığı, hücumlar və təhlükəsizlik vəziyyəti səbəbindən fəaliyyət göstərmir.

Gununsesi.info xəbər verir ki, barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) X sosial şəbəkəsində məlumat yayıb.

Hesabatda daha 14 xəstəxananın kritik və həyat-xilasedici əməliyyatları davam etdirmək, habelə reanimasiya şöbələrində olan xəstələrə qulluq etmək üçün kifayət qədər təchizat olmadığı bildirilir.

“Biz dərhal atəşkəsə, mülki şəxslərin və səhiyyə xidmətlərinin fəal müdafiəsinə və beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq”, – deyə məlumatda bildirilir.

Gununsesi.info