Blokada olan Qəzza zolağında orta hesabla hər 10 dəqiqədə bir uşaq ölür.
Gununsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazisi üzrə nümayəndəsi Riçard Peperkorn deyib.
“İnanıram ki, bəşər tarixinin ən qaranlıq anına yaxınlaşırıq. Bizə (Qəzza zolağında) daimi atəşkəs lazımdır”, – deyə o bildirib.
Peperkorn xatırladıb ki, oktyabrın 7-dən Qəzza zolağında 16 minə yaxın adam öldürülüb. “Ölənlərin 60 faizindən çoxu qadın və uşaqlardır. 42 mindən çox insan xəsarət alıb”, – ÜST nümayəndəsi bildirib.
Gununsesi.info