Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus yeni növ koronavirusa qarşı peyvənd vurdurub.
Gununsesi.info –nun məlumatına görə, bu barədə ÜST əhbəri özünün “Twitter” hesabında bəyan edib.
“Bu gün COVID-19-a qarşı peyvənd vurdurmaq mənim növbəm idi” – deyə o bildirib.
Bununla belə, Qebreyesus hansı peyvəndlə vaksinasiyadan keçdiyini açıqlamayıb.
ÜST rəhbəri həmçinin peyvəndlərin bütün bölgələrə çatdırılmasının vacibliyini vurğulayıb. O, vaksinin mövcud olduğu ölkələrin bütün sakinlərini bu prosedurdan keçməyə çağırıb.
Gununsesi.info