ÜST rəhbərindən kəskin vaksin bərabərsizliyi ilə bağlı açıqlama

  • By admin
  • 17 May 2021 21:33

“Dünya koronavirus pandemiyası ilə birlikdə vaksin aparteidi (kəskin ayrı-seçkilik – red.) mərhələsinə qədəm qoyub”.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

O bildirib ki, vaksin aparteidi artıq risk olmaqdan çıxıb:

“Ən böyük problem paylaşma əskikliyidir. Buna görə çarə daha paylaşıma meyilli olmaqdır”.

Gununsesi.info