ÜST: Virusla bağlı həyəcanlı xəbər

  • By admin
  • 08 Dekabr 2021 10:18

Koronavirusunun yeni “Omikron” ştammı artıq dünyanın 57 ölkəsinə yayılıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.

HTML tutorial

Təşkilatın ekspertlərinin fikrincə, Afrikada koronavirusa yoluxanların sayı sürətlə artır. Ehtimal ki, bu, “Omikron”un yayılmasının təsiridir, çünki onda mövcud olan mutasiyalar antitellərin neytrallaşdırıcı fəaliyyətini azalda bilər: “Bu da təbii immunitetdən qorunmanın azalmasına səbəb olur”.

ÜST ekspertləri qeyd edirlər ki, bu halda vaksinlərin effektivliyini qiymətləndirmək üçün əlavə məlumatlara ehtiyac var.

Xatırladaq ki, yeni növ koronavirus ilk dəfə noyabrın ortalarında Cənubi Afrikada aşkar edilib. ÜST ona “Omikron” adını verdi və bu variantın sələflərindən daha sürətli yayıldığını söylədi. “Omikron”la yoluxduqda xəstəliyin ağırlıq dərəcəsi haqqında hələ də dəqiq məlumat yoxdur.

Gununsesi.info