ÜST Vyetnamda yeni yayılan virusla bağlı məsələyə aydınlıq gətirdi

  • By admin
  • 29 İyul 2020 15:20

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Vyetnamdakı nümayəndəsi Kidon Park ölkənin Dananq bölgəsində yayılan yeni virusla bağlı məsələni şərh edib.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu koronavirusun digər ölkələrdə yayılan virusdan təhlükə və ya yoluxuculuq baxımından fərqlənmədiyini bildirib:

“Dananqda tapılan COVID-19 virusu iyul ayında digər ölkələrdə yayılan COVID-19-a bənzəyir. Bu virus növlərində mutasiyalar görünsə də, narahatlığın artmasına səbəb yoxdur. COVID-19-un yolxuculuğu və təhlükəsi dəyişməyib”.

Gununsesi.info